İran silahlarını daşıyan gəmi saxlanılıb

İran silahlarını daşıyan gəmi saxlanılıb
02.03.2023 13:03
Aa
dəq

Britaniyanın Hərbi Dəniz Qüvvələri ötən ay Oman körfəzinin beynəlxalq sularında İran istehsalı silahları, o cümlədən tank əleyhinə idarə olunan raketləri qaçaqmalçılıq yolu ilə daşıyan gəmini saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Ben Uolles bildirib.

Uolles qeyd edib ki, "Lancaster” gəmisinin şəxsi heyətinin iştirakı ilə keçirilən əməliyyat zamanı qaçaqmalçılıq yolu ilə silah daşıyan gəminin saxlanılması, Britaniya Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində davamlı mövcudluğu Böyük Britaniyanın beynəlxalq hüququn qorunması, dünyada təhlükəsizlik və sülhə təhlükə yaradan fəaliyyətlərin dayandırılması üçün üzərinə götürdüyü öhdəliyi dəstəkləyir.

“ABŞ-a məxsus kəşfiyyat təyyarəsi və pilotsuz uçuş aparatı (PUA) İranın cənubunda gecə yüksək sürətlə hərəkət edən gəmini aşkar edib. Gəmi İranın ərazi sularına daxil olmağa çalışsa da, Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları tərəfindən saxlanılıb” – nazir əlavə edib.

Uollesin dediyinə görə, gəmidə, digər sursatlarla yanaşı, həmçinin orta mənzilli ballistik raketlərin yığılması üçün hissələri tapılıb.

Həftənin ən çox oxunanları

Aİ Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırır

Aİ Gürcüstanı LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırır
DAVAMIN OXU davamın oxu

Avstriyada daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb

Avstriyada daşqın nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb
DAVAMIN OXU davamın oxu

Dünyada yeni virus yayıldı - Yoluxanlar var

Dünyada yeni virus yayıldı - Yoluxanlar var
DAVAMIN OXU davamın oxu

Aİ diplomatiyasının yeni rəhbəri bəlli oldu

Aİ diplomatiyasının yeni rəhbəri bəlli oldu
DAVAMIN OXU davamın oxu

Portuqaliyada meşə yanğınları nəticəsində 4 nəfər ölüb

Portuqaliyada meşə yanğınları nəticəsində 4 nəfər ölüb
DAVAMIN OXU davamın oxu