Operativ Məlumat Mərkəzi

İran silahlarını daşıyan gəmi saxlanılıb

2 dəq
Paylaş:
İran silahlarını daşıyan gəmi saxlanılıb

Britaniyanın Hərbi Dəniz Qüvvələri ötən ay Oman körfəzinin sularında İran istehsalı silahları, o cümlədən tank əleyhinə idarə olunan raketləri qaçaqmalçılıq yolu ilə gəmini saxlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Ben Uolles bildirib.

Uolles qeyd edib ki, "Lancaster” gəmisinin şəxsi heyətinin iştirakı ilə keçirilən zamanı qaçaqmalçılıq yolu ilə silah daşıyan gəminin saxlanılması, Britaniya Hərbi Dəniz Qüvvələrinin Oman körfəzində davamlı mövcudluğu Böyük Britaniyanın beynəlxalq hüququn qorunması, dünyada və sülhə təhlükə yaradan fəaliyyətlərin dayandırılması üçün üzərinə götürdüyü öhdəliyi dəstəkləyir.

“ABŞ-a məxsus kəşfiyyat təyyarəsi və pilotsuz uçuş aparatı (PUA) İranın cənubunda gecə yüksək sürətlə hərəkət edən gəmini aşkar edib. Gəmi İranın ərazi sularına daxil olmağa çalışsa da, Britaniya Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları tərəfindən saxlanılıb” – nazir əlavə edib.

Uollesin dediyinə görə, gəmidə, digər sursatlarla yanaşı, həmçinin orta mənzilli ballistik raketlərin yığılması üçün hissələri tapılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax