Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran ABŞ qarşısında 5 əsas şərt qoydu: Siyahı açıqlandı

2 dəq
Paylaş:
İran ABŞ qarşısında 5 əsas şərt qoydu: Siyahı açıqlandı

İranın nazirinin müavini Qəribabadi ABŞ-yə təqdim edilən son təklifdə Tehranın əsas tələblərini açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, Qəribabadi çərşənbə axşamı parlamentin milli və xarici siyasət komitəsinin üzvləri ilə görüşdə İranın ABŞ-dən sanksiyaların ləğvini, İran vəsaitlərinin sərbəst buraxılmasını və Vaşinqtonun tətbiq etdiyi dəniz blokadasına son qoyulmasını tələb etdiyini deyib.

Onun sözlərinə görə, təqdim olunan təklifdə Livan da daxil olmaqla bütün cəbhələrdə müharibənin dayandırılması da əsas şərtlərdən biri kimi yer alıb.

Qəribabadi əlavə edib ki, İran tərəfi müharibə nəticəsində dəyən ziyana görə ABŞ-dən kompensasiya ödənilməsini, ABŞ qüvvələrinin İran ətrafındakı bölgələrdən çıxarılmasını, həmçinin birtərəfli sanksiyalar və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ləğvini tələb edir.

Nazir müavini bildirib ki, İranın danışıqlar qrupu ölkənin zənginləşdirmə hüququndan geri çəkilməyəcəyini də qarşı tərəfin diqqətinə çatdırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax