Əsas məzmuna keç

İran səfirliyi Trampın hücum xəritəsinə video ilə cavab verdi - FOTO

İran səfirliyi Trampın hücum xəritəsinə video ilə cavab verdi - FOTO

ABŞ-ın sabiq liderinin Truth Social-dakı hədəsinə Qanadakı diplomatik korpus süni intellekt və "Minionlar"la reaksiya verdi. Gərginliyin qeyri-adi detalları burada.

en ru

İranın Qanadakı səfirliyi ABŞ Prezidenti Trampın İrana qarşı hava hücumlarının istiqamətini göstərən xəritə paylaşımına maraqlı formada cavab verib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, İran səfirliyi sosial şəbəkədə vasitəsilə hazırlanmış video yayımlayıb.

Məlumata görə, mayın 18-də Donald “ ” platformasında ABŞ bayrağı üzərində qırmızı oxlarla İrana zərbələrin istiqamətini göstərən şəkil paylaşıb.

Buna cavab olaraq İranın Qanadakı səfirliyinin paylaşdığı videoda “Despicable Me” (“Mənim sevimli bədheybətim”) cizgi filminin məşhur əlaltıları ABŞ bayrağını yanğınsöndürmə şlanqı ilə yuyaraq yerinə arxa fonda kainat təsviri olan İran bayrağını asırlar.

Diplomatik nümayəndəliyin X sosial şəbəkəsində yayımladığı paylaşımda “Tramp bizim xəritəmizdə təhdidləri qeyd etdi. Biz isə qalaktikanı göstərdik” ifadələri yer alıb.

Paylaşım qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…