Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran hücumlardan sonra da hərbi gücünün böyük hissəsini qoruyub saxlayıb

2 dəq
Paylaş:
İran hücumlardan sonra da hərbi gücünün böyük hissəsini qoruyub saxlayıb

ABŞ və İsrail hücumlarına baxmayaraq İranın potensialının böyük hissəsini saxladığı bildirilir.

"Operativ Məlumat Mərkəzi-OMM""CBS News"a istinadən xəbər verir ki, ABŞ və İsrailin İslam Respublikasına qarşı hücumlarına baxmayaraq İran Vaşinqtonun ictimaiyyətə açıqladığından daha güclü potensialını qoruyub saxlayıb.

Bildirilib ki, bu barədə kəşfiyyat məlumatları ilə tanış olan ABŞ rəsmiləri məlumat verib. Onların sözlərinə görə, atəşkəs 8 apreldə qüvvəyə minənə qədər İran raket ehtiyatının və buraxılış qurğularının təxminən yarısını saxlayıb.

Məlumata əsasən, İran Hərbi Dəniz Qüvvələrinin böyük hissəsi zərər görsə də, İslam İnqilabı Keşikçiləri Korpusunun () dəniz potensialının təxminən 60 faizi, o cümlədən Hörmüz boğazında istifadə olunan sürətli hücum qayıqları və kiçik gəmilər toxunulmaz qalıb.

Həmçinin qeyd olunub ki, İran Hərbi Hava Qüvvələri də tam məhv edilməyib və hazırda təxminən üçdə iki hissəsi fəaliyyətini davam etdirir.

CBS-in mənbələrinə görə, bu məlumatlar ABŞ rəsmilərinin, o cümlədən Donald Tramp və Pentaqon rəhbərliyinin İranın hərbi gücünün tam sıradan çıxarıldığı barədə açıqlamaları ilə ziddiyyət təşkil edir.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də Donald Tramp iki həftəlik atəşkəs elan edib. İran tərəfinin məlumatına görə, 40 günlük müharibə ərzində 3375 iranlı həlak olub.

Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsa da, tərəflər razılığa gələ bilməyib. Aprelin 21-də ABŞ Prezidenti atəşkəsi uzatmaq niyyətində olduğunu bildirib, İran isə birtərəfli atəşkəsi tanımadığını açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax