"İran vasitəçilərdən gərgin vəziyyəti aradan qaldırmaq üçün bəzi təkliflər alıb, lakin detallar daha sonra açıqlanacaq".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai deyib.
"Vasitəçilərdən təkliflər almışıq, amma təfərrüatlara varmayacağam. Təsdiqləyə bilərəm ki, ideyalar irəli sürülüb", - o qeyd edib.
Qeyd edək ki, ABŞ-İran qarşıdurmasında növbəti gərginlik mərhələsi iyulun 8-də başlayıb.