İranın enerji infrastrukturuna növbəti hücumlar baş verəcəyi təqdirdə, Tehran ABŞ, İsrail və onların Yaxın Şərqdəki müttəfiqlərinin neft və qaz obyektlərinə daha güclü zərbələr endirəcəyini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə SEPAH İranın dövlət televiziyasına verdiyi bəyanatda bildirib:
"Amerikalı və sionist təcavüzkarlar, sizi bir daha xəbərdar edirik ki, İslam Respublikasının enerji infrastrukturuna hücum etməklə ciddi bir səhvə yol verdiniz və artıq cavab almısınız. Əgər bu, yenidən baş verərsə, sizin və müttəfiqlərinizin enerji infrastrukturuna qarşı növbəti hücumlar tamamilə məhv edilənə qədər dayanmayacaq və cavabımız bugünkü hücumlardan daha sərt olacaq".
Qeyd edək ki, bundan əvvəl Tehran İranın əsas Cənubi Pars təbii qaz yatağı-na edilən hücuma cavab olaraq Qətərdəki əsas mayeləşdirilmiş təbii qaz istehsalı müəssisələrinə raket zərbələri endirmişdi.