Əsas məzmuna keç

ABŞ və İsrail zavoda zərbə endirdi

ABŞ və İsrail zavoda zərbə endirdi

İranın Hörmüzqan əyalətindəki sement müəssisəsi PUA-larla hədəf alınıb. Mahşəhrdəki neft-kimya zonasına edilən hücumun təfərrüatları və son vəziyyət xəbərimizdə.

en ru

ABŞ və İsrail pilotsuz uçuş aparatları ilə İranın cənubunda, əyalətində Bəndər-Xəmirdəki zavoduna endirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilib ki, tələfat yoxdur, zavodda istehsal isə davam edir.

Daha əvvəl ABŞ və İsrail İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Mahşəhr limanındakı xüsusi neft-kimya zonasının ərazisinə zərbələr endirib. Məlumata görə, üç güclü zərbə olub və partlayış baş verib, dəymiş ziyanın miqyası hələlik məlum deyil.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb.

Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi , Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…