Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran enerji infrastrukturuna hücuma qətiyyətli cavab verəcək

2 dəq
Paylaş:
İran enerji infrastrukturuna hücuma qətiyyətli cavab verəcək

İranın silahlı qüvvələri ABŞ və ya İsrailin İranın infrastrukturuna qarşı hər hansı bir hücumuna qətiyyətli və hərtərəfli cavab verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV yayıb.

Məlumatda bildirilib ki, bunu İranın naziri Abbas Əraqçi fransalı Jan-Noel Barro ilə telefon danışığında bildirib.

İran Xarici İşlər Nazirliyinin teleqram üzərindən Əraqçinin sözlərini sitat gətirib:

“Belə bir təhdid, mahiyyət etibarilə, müharibə cinayətlərini və soyqırımı qanuniləşdirmək cəhdidir. Əgər bu həyata keçirilərsə, İran silahlı qüvvələri şübhəsiz ki, qətiyyətli və hərtərəfli cavab verəcək”.

Əraqçi Fransa xarici işlər nazirinə bildirib ki, İranın enerji infrastrukturuna hücumlar qlobal iqtisadiyyat üçün dağıdıcı nəticələrə səbəb olacaq.

O vurğulayıb ki, “belə bir vəziyyətin nəticələri yalnız İran və regionla məhdudlaşmayacaq, onlar qlobal enerji sektoruna və iqtisadiyyatına dağıdıcı təsir göstərəcək. Və təcavüzkarlar bunun üçün tam məsuliyyət daşıyacaqlar”.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax