İran parlamentinin sədri və ölkənin danışıqlar qrupunun rəhbəri Məhəmməd Baqir Qalibaf rəsmi Tehranın xarici siyasət prioritetləri barədə açıqlama verib.
"Operativ Məlumat Mərkəzi-OMM" "IRNA" agentliyinə istinadən xəbər verir ki, Qalibaf bildirib ki, İran beynəlxalq məsələlərin həllində diplomatiyaya üstünlük verməyə davam edir.
Bununla belə, parlament sədri qarşı tərəflərə ciddi xəbərdarlıq edib. O, vurğulayıb ki, əgər qarşı tərəflər götürdükləri öhdəliklərə əməl etməzlərsə, İranın cavab tədbirləri qaçılmaz olacaq.
Qalibafın "diplomatiyaya üstünlük veririk, lakin başqa dillərdə də danışmağı bacarırıq" ifadəsi, Tehranın lazım gələrsə, daha sərt və qətiyyətli addımlar atmağa hazır olduğu kimi şərh edilir.