Əsas məzmuna keç

İran parlamenti Aİ ölkələrinin ordularını terrorçu elan etdi

İran parlamenti Aİ ölkələrinin ordularını terrorçu elan etdi

Tehranın bu addımı Avropa İttifaqının SEPAH-a qarşı qərarına cavab xarakteri daşıyır.

en ru

İran parlamenti Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin silahlı qüvvələrini təşkilatları siyahısına daxil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki. bu barədə ölkə qanunverici orqanının sədri Məhəmməd-Baqir Qalibaf rəsmi bəyanatla çıxış edib.

Spiker bildirib ki, sözügedən qərar "Cavab tədbirləri haqqında" qanunun 7-ci maddəsinə əsasən qəbul olunub.

Qalibafın sözlərinə görə, bu Avropa İttifaqı tərəfindən "İslam İnqilabı Keşikçiləri Korpusu"nun () terrorçu təşkilat kimi tanınmasına qarşı bir reaksiyadır.

O, həmçinin vurğulayıb ki, bu qərardan doğan bütün nəticələrə görə məsuliyyət birbaşa Avropa İttifaqının üzərinə düşəcək.

Qeyd edək ki, yanvarın 29-da Avropa İttifaqı Xarici İşlər Şurası İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"nu etirazçılara qarşı sərt rəftarda ittiham edərək terrorçu təşkilatlar siyahısına salıb. Tehranın son qərarı məhz bu diplomatik gərginliyin davamı kimi qiymətləndirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…