Əsas məzmuna keç

İran Böyük Britaniyanın SEPAH-la bağlı qərarını sərt tənqid etdi

İran Böyük Britaniyanın SEPAH-la bağlı qərarını sərt tənqid etdi

Tehran rəsmi Londonun İslam İnqilabı Keşikçiləri Korpusunu təhlükəsizlik təhdidi kimi tanımasını beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.

en ru

İran Xarici İşlər Nazirliyi Böyük Britaniyanın “İslam İnqilabı Keşikçiləri Korpusu”nu () ölkənin “Milli Təhlükəsizlik Aktı” çərçivəsində təhlükəsizlik təhdidi kimi təsnif etməsinə etiraz edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, rəsmi Böyük Britaniyanın bu qərarını düşmənçilik xarakterli və əsassız addım kimi qiymətləndirib.

Nazirliyin yaydığı bəyanatda bildirilib ki, Londonun qəbul etdiyi qərar beynəlxalq hüquq normalarına ziddir.

İran tərəfi hesab edir ki, Böyük Britaniyanın bu addımı iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə və regionda mövcud gərginliyi daha da artıra bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…