İran Xarici İşlər nazirinin müavini Kazem Qaribabadi bu həftə Dohada ABŞ ilə texniki məsləhətləşmələrin keçiriləcəyi barədə yayılan məlumatları təkzib edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O, jurnalistlərə açıqlamasında bildirib ki, bu həftə işçi qruplar səviyyəsində texniki görüşlərin keçirilməsi planlaşdırılmayıb.
"Qətərlə, o cümlədən qarşı tərəfin öhdəliklərinin icrasına nəzarət məsələsi üzrə məsləhətləşmələr adi qaydada davam edir. Lakin bəzi KİV-lərdə Dohada işçi qruplar arasında texniki danışıqların keçiriləcəyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir", - Qaribabadi bildirib.