İran Oman körfəzində yanacaq qaçaqmalçılığında şübhəli bilinən xarici tankeri saxlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" “Al Arabiya”ya istinadən xəbər verir ki, bu barədə Hormozqan vilayətinin məhkəmə hakimiyyətinin nümayəndələri məlumat verib.
Mənbənin sözlərinə görə, yükü müşayiət edən sənədlərdə uyğunsuzluqlar aşkar edildikdən sonra gəmi dayandırılıb:
“Gəmi yükü ilə bağlı hüquqi sənədlərin natamam olmasından sonra ələ keçirilib”, - məhkəmə sisteminin nümayəndəsi qeyd edib.
Tankerin göyərtəsində kapitan da daxil olmaqla 17 nəfər olub. Onların hamısı saxlanılıb.