İran İslam Respublikası Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə rəsmi məktub ünvanlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, məktubda İran ABŞ-nin “İslamabad Memorandumu”nu (MoU) dəfələrlə pozduğunu bildirərək, bu vəziyyətlə bağlı narazılığını ifadə edib.
Bildirilib ki, rəsmi Tehran Vaşinqtonun hərəkətlərini beynəlxalq razılaşmalara hörmətsizlik kimi qiymətləndirib. Müraciətdə ABŞ-nin İrana qarşı davam edən siyasətinin və beynəlxalq sənədlər üzrə öhdəliklərini yerinə yetirməməsinin bölgədə gərginliyi artırdığı vurğulanıb.
Məlumata görə, İran BMT-ni məsələyə müdaxilə etməyə və ABŞ-nin beynəlxalq hüquq normalarını pozduğu iddia edilən addımlarına qarşı tədbirlər görməyə çağırıb.
Tehran hesab edir ki, Vaşinqtonun bu addımları təkcə iki ölkə arasındakı münasibətlərə deyil, həm də regional sabitliyə ciddi təhdid yaradır.