Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran gecə saatlarında region ölkələrinə hücumlar həyata keçirib

2 dəq
Paylaş:
İran gecə saatlarında region ölkələrinə hücumlar həyata keçirib

İran gecə saatlarında bölgə ölkələrinə qarşı genişmiqyaslı hərbi əməliyyatlar keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin "X" platformasındakı hesabında məlumat verilib.

Məlumata görə, paytaxt Manamadakı gəmiqayırma zavodunda təmir olunan xarici gəmiyə vurulmuş raketin qəlpələri düşüb.

Hadisə nəticəsində yanğın baş verib, bir asiyalı işçi həyatını itirib, iki nəfər isə ağır yaralanıb.

Dubay şəhərinin də hücumların hədəfi olduğu iddia edilir. Şahidlərin sözlərinə görə, səmada partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.

Küveyt ordusu mərkəzi hissələrdə aşkar edilən "düşmən hədəflərinin" məhv edildiyini açıqlayıb. Hadisə ilə bağlı Küveytin Ticarət və Sənaye Nazirliyi daxili bazarda sabitliyi qorumaq üçün bütün qida məhsullarının ixracını qadağan edib.

Bağdad yaxınlığındakı "Victoria" logistika bazasına PUA hücumu cəhdi olub. Bir PUA zərərsizləşdirilib, digəri isə maddi ziyan vursa da, can itkisi qeydə alınmayıb.

Rəsmi məlumatlara görə, İran son iki gün ərzində ərəb ölkələrindəki hədəflərə ümumilikdə 1311 raket və PUA ilə hücum edib. Bu İsrail və ABŞ-nin fevralın 28-də İrana qarşı başlatdığı hərbi əməliyyatlara cavab xarakteri daşıyır. İran Qırmızı Aypara Cəmiyyəti ölkəyə edilən bombardmanlar nəticəsində 201 nəfərin öldüyünü, 747 nəfərin yaralandığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax