Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bəqai Trampın təhdidlərinə Qurani-Kərimdən sitat gətirərək cavab verdi

2 dəq
Paylaş:
Bəqai Trampın təhdidlərinə Qurani-Kərimdən sitat gətirərək cavab verdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Donald Trampın iranlılara qarşı təhdidlərini pisləyib.

“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Məlumatda bildirilib ki, Trampın İrana qarşı ritorikasına cavab olaraq Bəqai bazar günü gecəsi X hesabında paylaşım edərək İranın mövqeyini ifadə edib.

Qeyd olunub ki, sözçü -Kərimdən ayələrə istinad edərək xarici təhdidlərə qarşı ilahi dəstəyə olan inamı vurğulayıb və qarşıdurmanı iman və ilahi ədalət kontekstində təqdim edib.

Bəqai paylaşımında bildirib:

“Şeytan onları məğlub etmiş və Allahın zikrini onlara unutdurmuşdur. Bunlar Şeytanın dəstəsidir. Şübhəsiz ki, Şeytanın dəstəsi ziyana uğrayanlardır. (19)

Həqiqətən, Allaha və Onun Elçisinə qarşı çıxanlar ən alçaq insanlardan olacaqlar. (20) Allah buyurmuşdur: “Mən və Mənim Elçim mütləq qalib gələcəyik”. Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir. (21)”

Sözçü əlavə edib ki, bu ayələr Əl-Mücadilə surəsindəndir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax