Operativ Məlumat Mərkəzi

İran istehsalı olan 15 dron məhv edilib

1 dəq
Paylaş:
İran istehsalı olan 15 dron məhv edilib
bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. “Bu gecə Rusiya Federasiyası İran istehsalı "Şahed-136/131" pilotsuz uçuş...

Ukrayna hərbçiləri bu gecə Rusiya ərazisindən atılan 17 kamikadze tipli pilotsuz uçuş aparatından 15-ni məhv edib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Bu gecə Rusiya Federasiyası İran istehsalı "Şahed-136/131" pilotsuz uçuş aparatlarından istifadə edərək Ukraynaya növbəti hava zərbəsi endirib. Bu terror aktının nəticələri ilə bağlı məlumatlar hələ də dəqiqləşdirilir”, - məlumatda deyilir.

Gecə saatlarında Ukraynanın mərkəzi və qərb bölgələrində hava xəbərdarlığı elan edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, son sutka ərzində Rusiya ordusu Ukrayna ərazisinə 3 raket və 41 hava zərbəsi endirib. Dinc əhali arasında ölən və yaralananların olduğu bildirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər