İran iyunun 18-də axşam saatlarında İsrailə qarşı hücumunda iki mərhələli super ağır ballistik “Sajil” raketindən istifadə edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tasnim xəbər agentliyi bu barədə İran İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.
İran İnqilab Keşikçiləri Korpusu qeyd edib ki, İran İsrail ərazisinə ümumilikdə 3 raket atıb.