Operativ Məlumat Mərkəzi

İran-İsrail qarşıdurması nə vəd edir? - RƏY

4 dəq
Paylaş:
İran-İsrail qarşıdurması nə vəd edir? - RƏY
İran İsrailə qarşı HƏMAS və Hizbullah vasitəsi ilə apardığı müharibəni birbaşa müstəviyə keçirməyə başlayır. Yəni, İranla İsrail arasında müharibə...

İran İsrailə qarşı HƏMAS və Hizbullah vasitəsi ilə apardığı müharibəni birbaşa müstəviyə keçirməyə başlayır. Yəni, İranla İsrail arasında müharibə 2023-cü il oktyabrın 7-9-da başlayıb. Həmin günlərdə HƏMAS oktyabrın 7-si, Hizbullah isə oktyabrın 9-u Həsən Nəsrullahın açıqlamasında HƏMAS-ı dəstəkləməklə İsrailə qarşı müharibəyə qoşulur. İran da bu iki qruplaşma arasında əlaqələrin olduğunu bəyan edib.

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirir ki, sonrakı dövrdə Hizbullah sıralarında, Livanda, eləcə də Suriya və İraqda İran yüksək rütbəli hərbçilərinin öldürülməsi sübut etdi ki, İran İsrailə qarşı müharibədə birbaşa iştirak edir.

Sədrəddin Soltan: "İranın nüvəyə sahib olması Ön Asiyada faciəyə səbəb ola bilər"

Siyasi şərhçi İranda baş verən bugünkü hadisələrə də münasibət bildirib: “Oktyabrın 1-də İranın İsrailə ballistik raket hücumuna məruz qoymasına İran tərəfi bunu Hizbullahın lideri Həsən Nəsrullahın öldürülməsinə qarşı apardığı əməliyyat kimi qiymətləndirir və adını da “sadiq iki” adlandırıb. Bu hücumun nəticələri ilə bağlı müxtəlif fikirlər söylənilir. İsrail tərəfi raketlərin hədəfə dəymədiyini, çox ziyan olmadığını, İran tərəfi isə 80%-ə qədər hədəfə vurduqları kimi açıqlamalar veriblər.

“İsrail HƏMAS və Hizbullaha qarşı mübarizə aparmaqla dövlətin təhlükəsizliyini təmin etməyi hədəflədiyini bildirir. Bir çox beynəlxalq qanunlara görə bu, İsrail tərəfindən məqbul addımdır. Belə halda İranın İsraili vurması məntiqsiz görünür. Çünki, İsrail İranın ərazisinə basqın etməyib və İranın ərazisində hər hansısa bir əməliyyat həyata keçirməyib. İsrail Livan və Fələstinin ərazisində əməliyyatlar həyata keçirir. Bu baxımdan İranın İsraili vurması üçün heç bir beynəlxalq hüquqi əsası yoxdur”.

Sədrəddin Soltan həmçinin qeyd edib ki, İran İsrailə hücum etməsini Hizbullahın liderlərinin öldürülməsi və Tehranın açıqlamasına görə, guya məzlum Fələstin və Livan xalqını müdafiə etmək məqsədi ilə atdığını bildirir. Ancaq məzlum Livan və Fələstin xalqı İran hakimiyyətinə müraciət edərək, onu İsrail hücumundan müdafiə etməklə bağlı bir müraciəti ictimaiyyətə məlum olmadığını bildirib.

Bundan sonra Yaxın Şərqdə vəziyyət necə dəyişəcək?

Bununla bağlı siyasi şərhçi vurğulayıb ki, Yaxın Şərqdə vəziyyət iki istiqamətdə davam edə bilər. Birincisi, beynəlxalq güclər müharibədə iştirakını göstərə bilər. ABŞ artıq İsraili müdafiə etdiklərini, hərbi dəniz donanmasını körfəzdə yerləşdirərək, oradan İranın hücumlarını dəf etdiklərini bildirirlər. İkinci bir istiqamət isə, HƏMAS və Hizbullah qruplaşmaları sonunadək zərərsizləşdirilir və İranla Qərb arasında danışıqların mövzusu müəyyənləşdirilir. Hər halda bütün bu qarşıdurmalar gələcəkdə nəticə etibarı ilə diplomatik danışıqlarla davam edəcək.

Aminə Nəzərova

Bu xəbəri paylaş

Oxşar xəbərlər