Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran və ABŞ nümayəndələri İsveçrədə texniki danışıqlara başladı

2 dəq
Paylaş:
İran və ABŞ nümayəndələri İsveçrədə texniki danışıqlara başladı

İran ilə ABŞ arasında anlaşma memorandumunun həyata keçirilməsi mexanizmləri və əlaqəli qruplarının yaradılması ilə bağlı danışıqlar İsveçrədə başlayıb. Buna səbəb, iki ölkə arasında əldə olunmuş razılaşmanın praktiki mərhələyə keçirilməsi və tərəflər arasında birbaşa əlaqələndirmənin təmin edilməsidir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat İran dövlət mediasının yaydığı rəsmi hesabatda yer alıb.

Məlumata görə, bazar ertəsi günü start götürən texniki müzakirələrdə ölkələrin nümayəndə heyətləri memorandumun icra detallarını nəzərdən keçirirlər. Bildirilib ki, danışıqlarda iştirak edən İran nümayəndə heyətinə nazirinin müavini Qəribabadi edir.

Hesabatda tərəflərin prosesin uğurla idarə olunması üçün birgə işçi qruplarının strukturunu və gələcək fəaliyyət planını formalaşdırmağa başladıqları vurğulanır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax