Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran-ABŞ danışıqları: Səfir prosesin başladığını bildirdi

2 dəq
Paylaş:
İran-ABŞ danışıqları: Səfir prosesin başladığını bildirdi

İranın Pakistandakı səfiri Rza ABŞ–İran danışıqları ilə bağlı açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərinə görə, İslamabadda keçirilən danışıqlara ayrıca hadisə kimi deyil, daha geniş prosesin başlanğıcı kimi yanaşmaq lazımdır.

Səfir “X” hesabında yazıb: “İslamabad danışıqları bir tədbir deyil, bir prosesdir. Əgər etimad qurularsa və siyasi iradə göstərilərsə, bu, bütün tərəflərin maraqlarını nəzərə alan davamlı diplomatik zəmin yarada bilər”.

Qeyd edək ki, 11 apreldə İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında bir neçə raund müzakirələr aparılıb.

Danışıqlarda İran tərəfinə Məclis sədri Məhəmməd Bağır , ABŞ tərəfinə isə vitse- Cey Di Vens rəhbərlik edib.

Lakin tərəflər İranın nüvə proqramı da daxil olmaqla əsas fikir ayrılıqları səbəbindən yekun razılığa gələ bilməyiblər.

Məlumata görə, ABŞ 13 apreldən etibarən İran limanlarına məhdudiyyətlər tətbiq edəcəyini, lakin Hörmüz boğazından keçən və İran limanlarına daxil olmayan gəmilərin hərəkətinə mane olunmayacağını açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax