İran və ABŞ arasında dolayı danışıqların üçüncü raundu ən intensiv mərhələ olub.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçisosial şəbəkə hesabında bildirib:
“Tehran və Vaşinqton arasında keçirilən dolayı danışıqların üçüncü raundu indiyədək ən intensiv mərhələ kimi qiymətləndirilir və müzakirələr zamanı müəyyən irəliləyiş əldə olunub”.
Bəyanatda deyilir: “ABŞ ilə diplomatik əlaqələrimizdə irəliləyiş əldə edilib. Danışıqların bu mərhələsi indiyə qədər ən intensiv mərhələ olub. Danışıqlar sanksiyaların ləğvi və nüvə proqramı ilə bağlı addımlar da daxil olmaqla, istənilən razılaşma üçün vacib olan məsələləri daha ətraflı müzakirə etməyə davam etmək barədə qarşılıqlı razılıqla başa çatıb”.
Nazir əlavə edib ki, siyasi proseslə paralel olaraq yaxın günlərdə Vyanada texniki qrup görüşləri keçiriləcək. Onun sözlərinə görə, bu qrupların missiyası siyasi qrupların fəaliyyəti qədər vacibdir.
Əraqçi həmçinin danışıqlarda vasitəçilik roluna görə Omana, eləcə də görüşlər üçün platforma təqdim etdiyinə görə İsveçrəyə təşəkkür edib.