Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Hörmüz boğazında 32 gəmiyə keçid icazəsi verdi

2 dəq
Paylaş:
İran Hörmüz boğazında 32 gəmiyə keçid icazəsi verdi

İran dövlət televiziyası son 24 saat ərzində 32 gəminin boğazından keçmək üçün rəsmi icazə aldığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, məlumatda gəmilərin keçidinin İslam İnqilabı Keşikçiləri Korpusu () donanması və digər orqanları ilə koordinasiya edildiyi bildirilib.

Hesabata görə, icazə alan gəmilər arasında beş supertanker də yer alıb. Bildirilir ki, həmin tankerlər İranın, xüsusilə də SEPAH donanmasının nəzarəti və razılığı ilə strateji su yolundan keçiblər.

İran tərəfi Hörmüz boğazında və nəzarət tədbirlərinin davam etdiyini vurğulayıb. Mütəxəssislər isə bölgədə artan gərginlik fonunda bu addımın qlobal enerji bazarları üçün xüsusi daşıdığını qeyd edirlər.

Qeyd edək ki, Hörmüz boğazı dünya neft və qaz daşımalarının mühüm hissəsinin həyata keçirildiyi strateji marşrutlardan biri hesab olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax