İranın xarici işlər naziri Abbas Araqçı ABŞ və İsrail tərəfindən ölkə ərazisinə endirilən zərbələr nəticəsində bir neçə yüksək rütbəli komandirin həlak ola biləcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir bu barədə danışarkən qeyd edib ki, bəzi komandirlərin itirilməsi ehtimalı olsa da, bu, ölkənin müdafiə sistemi üçün ciddi problem yaratmır.
Qeyd edək ki, daha əvvəl "Reuters" agentliyi öz mənbələrinə istinadən İsrailin raket hücumları nəticəsində İranın müdafiə naziri Əziz Nasirzadə və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Məhəmməd Pakpurun zərərsizləşdirildiyi barədə məlumat yaymışdı.