Əsas məzmuna keç

İran Dohada danışıqların keçiriləcəyi barədə xəbərləri təkzib etdi

İran Dohada danışıqların keçiriləcəyi barədə xəbərləri təkzib etdi

İran XİN rəsmisi Kazem Qaribabadi Qətər paytaxtında ABŞ ilə planlaşdırıldığı iddia edilən texniki görüşlərlə bağlı yayılan şayiələrə son nöqtəni qoydu.

en ru

İran Xarici İşlər nazirinin müavini Qaribabadi bu həftə Dohada ilə texniki məsləhətləşmələrin keçiriləcəyi barədə məlumatları təkzib edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

O, jurnalistlərə açıqlamasında bildirib ki, bu həftə işçi qruplar səviyyəsində texniki görüşlərin keçirilməsi planlaşdırılmayıb.

"Qətərlə, o cümlədən qarşı tərəfin öhdəliklərinin icrasına nəzarət məsələsi üzrə məsləhətləşmələr adi qaydada davam edir. Lakin bəzi KİV-lərdə Dohada işçi qruplar arasında texniki danışıqların keçiriləcəyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir", - Qaribabadi bildirib.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…