ranın Məqsədyönlülük Şurasının üzvü cümə axşamı ABŞ ilə danışıqların tərəfdarları və əleyhdarları arasında bölgü aparmaq cəhdlərini sərt şəkildə tənqid edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İslam Respublikası rəsmiləri açıqlama yayıb.
Məlumata görə, Məhəmmədrza Bahonar bildirib ki, bəzi siyasi dairələrin insanları “xain” və ya “casus” kimi damğalaması ölkənin idarəçilik sisteminə olan etimadı sarsıda bilər.
O əlavə edib ki, islahatçı və prinsipçi kimi siyasi etiketlər müharibə şəraitində öz mahiyyətini itirir və bu cür yanaşmaların əsas məqsədi cəmiyyətdə bölünmə yaratmaqdır.
Bahonar bu tip bölgülərin “beşinci kolon” taktikası olduğunu vurğulayıb.