İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi bildirib ki, hazırda ABŞ ilə aparılan danışıqlarda zənginləşdirilmiş uranın ölkədən çıxarılması gündəmdə deyil.
İbrahim Əzizinin sözlərinə görə, nə Pakistanla aparılan məsləhətləşmələr və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri zamanı, nə də amerikalılarla olan təmasların heç bir mərhələsində uranın çıxarılması ilə bağlı müzakirələr aparılmayıb.