Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Hörmüz boğazından ilk dəfə rüsum gəliri əldə etdi

2 dəq
Paylaş:
İran Hörmüz boğazından ilk dəfə rüsum gəliri əldə etdi

İran boğazından ilk dəfə əldə edib

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İran hakimiyyəti ilk dəfə olaraq Hörmüz boğazından keçən gəmilərdən toplanan rüsumlar hesabına gəlir əldə edib.

Bildirilib ki, bu barədə parlament sədrinin müavini Hacı Babai məlumat verib. "Fars" xəbər agentliyinin onun sözlərinə istinadən yaydığı xəbərdə qeyd olunub ki, “Hörmüz boğazından rüsumlardan əldə edilən ilk gəlir mərkəzi bankın hesabına köçürülüb”.

Məlumata görə, İranın naziri Abbas Əraqçi daha əvvəl Hörmüz boğazının kommersiya gəmiçiliyi üçün açıldığını elan etmişdi.

Qeyd olunub ki, ABŞ tərəfi isə son razılaşma əldə olunana qədər İrana qarşı dəniz blokadasını davam etdirəcəyini bildirib.

Bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu () ABŞ blokadası tam aradan qaldırılmayana qədər boğazın bağlandığını açıqlayıb. SEPAH həmçinin gəmi sahiblərini İranın göstərişlərinə əməl etməyə çağırıb və ABŞ Prezidenti Donald Trampın açıqlamalarını “etibarsız” adlandırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax