Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İran Fars körfəzində ABŞ təyyarədaşıyan gəmisini vurdu

1 dəq
Paylaş:
İran Fars körfəzində ABŞ təyyarədaşıyan gəmisini vurdu

İran Dəniz Qüvvələri ABŞ-nin "USS Abraham Linkoln" gəmisinə raket zərbəsi endirildiyini iddia edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İslam Respublikasının Xatəm əl-Ənbiya Mərkəzi Qərargahının sözçüsü açıqlama verib.

İranın dövlət yayımçısının məlumatına görə, sözçü bildirib ki, "USS Abraham Linkoln" gəmisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Dəniz Qüvvələri tərəfindən vurulub və nəticədə işlək vəziyyətdə olmayıb.

Məlumata görə, zərbədən sonra ABŞ-yə məxsus təyyarədaşıyan gəmi körfəzini tərk edib. İran tərəfi iddia edir ki, gəmi geri çəkilərək ABŞ istiqamətində hərəkət edib.

Hadisə ilə bağlı ABŞ tərəfindən hələlik verilməyib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax