İran ordusu fevralın 2-si və 3-də İraqla həmsərhəd bölgələrdə hərbi təlimlər keçirəcəyini elan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu addım rəsmi Tehran və Vaşinqton arasında gərginliyin artdığı bir dövrə təsadüf edir.
Təlimlər Qəsri-Şirin şəhəri yaxınlığında baş tutacaq.
Şəhər rəhbərliyi yerli sakinləri təlimlər zamanı eşidilə biləcək partlayış səsləri ilə bağlı əvvəlcədən xəbərdar edib və narahatlığa əsas olmadığını bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bir müddət əvvəl Amerikanın hərbi donanmasının İrana doğru istiqamət aldığını bəyan etmişdi. Ağ Ev rəhbəri Tehranın danışıqlar masasına oturaraq yeni bir saziş imzalayacağına ümid etdiyini vurğulayıb. Bununla yanaşı, Tramp 2025-ci ilin iyununda həyata keçirilmiş "Midnight Hammer" əməliyyatını xatırladaraq, mümkün yeni hücumların daha sarsıdıcı olacağı barədə xəbərdarlıq edib.