Əsas məzmuna keç

İran ABŞ-ın müttəfiqlərini İsrailə kömək etmələri ilə bağlı hədələyib

İran ABŞ-ın müttəfiqlərini İsrailə kömək etmələri ilə bağlı hədələyib

bu barədə "The Wall Street Journal" yazır. Qəzetin məlumatına görə, Tehran İordaniya, BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına xəbərdarlıq edib. WSJ-nin...

İran diplomatik kanalları vasitəsilə hava məkanından İsrailin bu ölkəyə hücumu üçün istifadə ediləcəyi təqdirdə ABŞ-ın Yaxın Şərqdəki müttəfiqlərini vuracağı ilə hədələyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "The Journal" yazır.

Qəzetin məlumatına görə, Tehran İordaniya, BƏƏ, Qətər və Səudiyyə Ərəbistanına xəbərdarlıq edib. WSJ-nin məlumatına görə, bu ölkələr İrana mümkün hücumlar üçün və İsrailə öz infrastrukturunu və hava məkanını vermək istəmədikləri barədə Vaşinqtonu artıq məlumatlandırıblar.

Avqust ayında ABŞ-ın Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin təmizlənməsindən sonra bölgədə gərginliyin artması səbəbindən Yaxın Şərqdəki qüvvələrinə potensial hücumlara hazırlaşdığı bildirilmişdi.

Bildirilir ki, Pentaqonun artıq ondan çox döyüş gəmisi bölgəyə yerləşdirib. Eyni zamanda, təqribən 40 F/A-18 Super Hornets və F-35 hücum təyyarələri ilə təchiz edilmiş təyyarədaşıyan Teodor Ruzvelt hazırda Fars körfəzi yaxınlığında yerləşir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…