İranın xarici işlər naziri Abbas Araqçı i İran və ABŞ arasında dolayı danışıqların aprelin 12-də Omanda başlayacağını açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildiirlib ki, Araqçi bununla bağlı X sosial media hesabında paylaşım edib.
"İran və ABŞ şənbə günü Omanda yüksək səviyyəli dolayı danışıqlarda görüşəcək. Bu həm bir fürsət, həm də sınaqdır. Top ABŞ-ın meydanındadır", - paylaşımda deyilir.