Əsas məzmuna keç

İran ABŞ-dən viza tələb edir: 2026 Dünya Kuboku qalmaqalı

İran ABŞ-dən viza tələb edir: 2026 Dünya Kuboku qalmaqalı

2026 Dünya Kuboku öncəsi gərginlik: XİN rəsmisi İsmayıl Bəqayi Vaşinqtonun futbolçulara giriş icazəsi verməli olduğunu deyib. FIFA prosesə necə müdaxilə edəcək?

en ru

İran ABŞ-ni 2026-cı il Dünya ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinq zamanı danışıb.

O bildirib ki, Dünya Kubokuna ev sahibliyi edən ölkə kimi, siyasi fikir ayrılıqlarından asılı olmayaraq İran milli futbol komandasının oyunçularına verməyə borcludur.

İsmayıl Bəqayi qeyd edib ki, Tehran komandanın ABŞ-də keçiriləcək turnirdə iştirakında heç bir maneə yaranmaması üçün “bütün mümkün səyləri” göstərir.

İran rəsmisi vurğulayıb ki, ABŞ İran futbolçularına “siyasi məsələləri nəzərə almadan” viza vermək üçün “aydın və konkret öhdəlik” daşıyır.

Bəqayi əlavə edib ki, İran milli komandasının turnirdə iştirakını təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə olunacaq.

O, həmçinin FİFA-nı nüfuzunu qorumaq üçün addım atmağa çağırıb və İran komandası ilə bağlı son hadisələrin FİFA-ya layiq olmadığını” bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…