Əsas məzmuna keç

İran-ABŞ danışıqları: Səfir prosesin başladığını bildirdi

İran-ABŞ danışıqları: Səfir prosesin başladığını bildirdi

Rza Əmiri Moqadəm İslamabadda Qalibaf və Cey Di Vens görüşünü şərh etdi. Nüvə proqramı və yeni sanksiyalar fonunda başlayan diplomatik gedişin pərdəarxası...

en ru

İranın Pakistandakı səfiri Rza Moqadəm –İran danışıqları ilə bağlı açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, onun sözlərinə görə, İslamabadda keçirilən danışıqlara ayrıca hadisə kimi deyil, daha geniş diplomatik prosesin başlanğıcı kimi yanaşmaq lazımdır.

Səfir “X” hesabında yazıb: “İslamabad danışıqları bir tədbir deyil, bir prosesdir. Əgər etimad qurularsa və siyasi iradə göstərilərsə, bu, bütün tərəflərin maraqlarını nəzərə alan davamlı diplomatik zəmin yarada bilər”.

Qeyd edək ki, 11 apreldə İslamabadda İran və ABŞ nümayəndə heyətləri arasında bir neçə raund müzakirələr aparılıb.

Danışıqlarda İran tərəfinə Məclis sədri Məhəmməd Bağır , ABŞ tərəfinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib.

Lakin tərəflər İranın nüvə proqramı da daxil olmaqla əsas fikir ayrılıqları səbəbindən yekun razılığa gələ bilməyiblər.

Məlumata görə, ABŞ 13 apreldən etibarən İran limanlarına məhdudiyyətlər tətbiq edəcəyini, lakin Hörmüz boğazından keçən və İran limanlarına daxil olmayan gəmilərin hərəkətinə mane olunmayacağını açıqlayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…