Əsas məzmuna keç

İrakli Kobaxidze İlham Əliyevə zəng edib

İrakli Kobaxidze İlham Əliyevə zəng edib

Gürcüstanın hökumət başçısı Prezidentlə söhbətdə İranın Naxçıvana PUA hücumunu pisləyib. Tbilisinin həmrəylik mesajı və ikitərəfli əməkdaşlıq perspektivləri burada.

en ru

Martın 5-də Gürcüstanın Baş naziri İrakli Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki,İrakli Kobaxidze İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasına hücumunu qətiyyətlə pisləyərək, Azərbaycan dövləti və xalqı ilə həmrəy olduqlarını vurğulayıb. Gürcüstanın Baş naziri hücum nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulayıb.

İlham telefon zənginə və nümayiş etdirilən mövqeyə görə İrakli Kobaxidzeyə minnətdarlığını ifadə edib.

Telefon söhbəti əsnasında Azərbaycan-Gürcüstan ikitərəfli əməkdaşlığının perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…