Əsas məzmuna keç

İqlim haqqında qanunu pozanlar üçün cərimələr müəyyən edilir

İqlim haqqında qanunu pozanlar üçün cərimələr müəyyən edilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanan yeni layihədə atmosferin çirkləndirilməsinə görə hansı sanksiyalar tətbiq olunacaq? Detallar açıqlandı.

en ru

"İqlim haqqında" qanunla müəyyən edilmiş öhdəliklərin pozulmasına görə inzibati məsuliyyət Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilə bilər.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai müzakirəyə təqdim etdiyi "İqlim haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən aşağıdakı hallar inzibati məsuliyyətə səbəb olan pozuntular emissiya hesabatlarının təqdim edilməməsi, yanlış və ya təhrif edilmiş məlumatların təqdim edilməsi, təsdiq edilmiş monitorinq planına riayət edilməməsi, ETS və karbon vergisi üzrə uyğunluq öhdəliyinin yerinə yetirilməməsi, karbon kreditlərinin qanunsuz buraxılması, milli karbon reyestri üzrə əməliyyat qaydalarının pozulması ilə bağlıdır.

Saxtakarlıq, sənəd saxtalaşdırılması, qanunsuz gəlir əldə edilməsi, informasiya sisteminə qanunsuz müdaxilə, bazar manipulyasiyası və ya digər cinayət əlamətləri olduqda materiallar aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilir və Cinayət Məcəlləsinə uyğun olaraq cinayət məsuliyyəti məsələsinə baxılır.

Bu Qanunun pozulması nəticəsində dövlətə, bazar iştirakçılarına və ya üçüncü şəxslərə vurulmuş zərər Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq ödənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…