İranda dövlət idarəçiliyində mühüm keçid mərhələsi başlayır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani verdiyi bəyanatda bildirib ki, bu gün ölkədə müvəqqəti rəhbərlik şurası yaradılacaq.
İranın dövlət televiziyası olan "IRIB TV"-nin yaydığı məlumata görə, sözügedən şura növbəti ali rəhbər seçilənə qədər fəaliyyət göstərəcək.
Bu addımın hakimiyyət boşluğunun qarşısını almaq və keçid dövründə sabitliyi təmin etmək məqsədilə atıldığı qeyd olunur.
Məsələ ilə bağlı digər rəsmi detalların yaxın saatlarda açıqlanacağı gözlənilir.
Xatırladaq ki, rəhbərlik şurasının formalaşdırılması ölkənin siyasi sistemində mühüm hüquqi prosedurlardan biri hesab olunur.