Dünyanın ən böyük mikroçip istehsalçılarından biri olan "Intel", yanvar-mart dövründə 2,8 milyard dollarla şirkətin tarixində ən yüksək rüblük itkisini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, buna görə ilin ilk rübündə şirkətin gəlirləri bir əvvəlki ilin eyni dövrünə görə 36 faiz azalaraq 11,7 milyard dollar olub.
Qeyd edək ki, "Intel", 2022-ci ilin yanvar-mart dövründə 18,4 milyard dollar gəlir əldə edib.
"Intel"in Baş İcraçı Direktoru (CEO) Pat Gelsinger, makroiqtisadi görünüşlə bağlı ehtiyatlı olmağa davam etdiklərini ifadə edib və şirkətin 1 trilyon dollarlıq bazardan faydalanmaq üçün ən yaxşı mövqe tutacaq "IDM 2.0" strategiyasına diqqət yetirdiklərini xatırladıb.
Şirkətin Maliyyə Baş Biznes Direktoru (CEO) David Zinsner həmçinin qeyd edib ki, onlar səmərəliliyi və xərclərə qənaəti artırmaq öhdəliyinin bir hissəsi olaraq xərclərin idarə edilməsində intizamlı qalırlar.
Zinsner, "IDM 2.0" strategiyasını inkişaf etdirmək üçün lazımi investisiyalara üstünlük verdiklərini ifadə edib.