Oktyabrın 14-dən etibarən Fələstinlə həmrəylik üçün hər şənbə küçələrə çıxan on minlərlə insan İngiltərənin paytaxtı Londonda 9-cu dəfə bir araya gəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Etirazçılar İsrailin Qəzzaya hücumlarını dayandırması, İsrailə tətbiq edilən ayrı-seçkilik siyasətlərinə son verməsi tələblərini təkrarlayıblar.
Nümayişçilər Britaniya hökumətindən və siyasətçilərindən İsrailə dəstəyi dayandırmağı və bütün dünyada səslənən atəşkəs çağırışlarına qoşulmağı tələb edərkən, ABŞ-nin BMT Təhlükəsizlik Şurasında veto qoymasına və Böyük Britaniyanın bitərəf qalmasına etiraz ediblər.