İngiltərənin Koventri şəhərində 7 aylıq körpə ailəsinə məxsus itin dişləməsi nəticəsində ölüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Vest Midlands polisinin verdiyi açıqlamaya görə, iyunun 16-da təhlükəli cinslər arasında olmayan ingilis ailəsinin bəslədiyi it ailənin körpəsini başından dişləyib.
Xəstəxanaya çatdırılan körpə ölüb.