Operativ Məlumat Mərkəzi

İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb

1 dəq
Paylaş:
İndoneziyada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb

İndoneziyanın Sulavesi adasında ötən gün baş verən sürüşmə nəticəsində həyatını itirənlərin sayı 18-ə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Səlahiyyətlilər itkin düşən iki nəfərdən xəbər olmadığını, bölgədə yağan yağış səbəbiylə axtarış-xilasetmə işlərinin yarımçıq qaldığını bildirib.

Xatırladaq ki, Sulavesi adasının Tana Toraja bölgəsində baş verən sürüşmədə 4 ev torpaq altında qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər