Operativ Məlumat Mərkəzi

İndoneziyada Semeru vulkanı kül püskürməyə başlayıb

1 dəq
Paylaş:
İndoneziyada Semeru vulkanı kül püskürməyə başlayıb
birinci partlayış səhər saat 7:10-da, ikincisi isə 8:40-da baş verib. Partlayışların hər biri 81-110 saniyə arasında davam edib. Səlahiyyətlilər...

İndoneziya Semeru Vulkan Müşahidə Stansiyasının rəsmisi Sigit Rian Alfian yerli mətbuata açıqlama verərək, bu gün 16 püskürmənin baş verdiyi vulkanın ətraf mühitə, xüsusilə şimal-şərqə böyük miqdarda qaynar kül səpməyə başladığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, birinci partlayış səhər saat 7:10-da, ikincisi isə 8:40-da baş verib. Partlayışların hər biri 81-110 saniyə arasında davam edib.

Səlahiyyətlilər Semerudakı aktivliyə görə bölgə xalqına diqqətli olmaları barədə xəbərdarlıq edərək, vulkanın təsirinə məruz qalan ərazinin aktivliyin intensiv olduğu şimal-şərqdə 13 kilometr, digər bölgələrdə isə 5 kilometr olduğunu bildirib.

Digər tərəfdən, 2021-ci ilin dekabrında vulkanın püskürməsi nəticəsində 34 nəfər ölüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər