İndoneziyanın Sulavesi adasında güclü yağış nəticəsində qızıl mədənində baş verən torpaq sürüşməsi nəticəsində 11 işçi həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, "Gorontalo" Axtarış və Xilasetmə Agentliyinin sözçüsü Afifuddin İlahude verdiyi açıqlamada Sulavesi adasında yağan leysan torpaq sürüşməsinə səbəb olduğunu bildirib.
O, əlverişsiz hava şəraiti səbəbindən qrupların işdə çətinlik çəkdiyini, indiyə qədər 5 yaralının xilas edildiyini, qalan 19 nəfər üçün isə işlərin davam etdiyini bildirib.