Operativ Məlumat Mərkəzi

İndoneziyada qayıq batıb, 11 nəfər ölüb

1 dəq
Paylaş:
İndoneziyada qayıq batıb, 11 nəfər ölüb
bunu Pekanbaru Axtarış və Xilasetmə Departamentinin direktoru Nyoman Sidhakarya açıqlayıb. Sidhakarya 11 nəfərin cəsədinin tapıldığını, 9 nəfərin isə...

İndoneziyanın qərbində içərisində 78 nəfərin olduğu sürətli qayığın batması nəticəsində 11 nəfər ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, bunu Pekanbaru Axtarış və Xilasetmə Departamentinin direktoru Nyoman Sidhakarya açıqlayıb.

Sidhakarya 11 nəfərin cəsədinin tapıldığını, 9 nəfərin isə itkin düşdüyünü qeyd edib.

Xilas edilənlərdən bəzilərinin huşsuz olduğunu və müalicə altına alındığını bildirən Sidhakarya, sərnişinlərin bayram səfərindən qayıtdıqlarını söyləyib.

Batma səbəbi ilə bağlı araşdırma başlayarkən, şahidlər qayığın taxtaya dəyməsi nəticəsində çevrildiyini iddia edib.

Axtarış-xilasetmə işləri davam etdikcə ölənlərin sayının artacağı güman edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər