İndoneziyanın Banda dənizi sahillərində ardıcıl olaraq 6,7 və 7,1 bal gücündə zəlzələlər baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Təbii fəlakətin İndoneziyanın Malaku əyalətindən təxminən 340 kilometr cənubunda yerləşən Banda dənizinin 10 kilometr dərinliyində baş veriyi bildirilib.
İlkin məlumata əsasən hadisədə heç bir itki qeydə alınmayıb, həmçinin zəlzələdən sonra sunami xəbərdarlığı olunmayıb.