Hindistan İranın bu ölkədəki səfirinin müavini Məhəmməd Cavad Hüseynini Oman sularında hindistanlı dənizçinin həlak olması ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə NDTV telekanalı Hindistan hökumətinin nümayəndəsinə istinadən məlumat yayıb.
Diplomat İranın neft tankerlərinə hücumlarına etirazın bildirilməsi üçün çağırılıb.
Məlumata görə, daha 8 nəfər yaralanıb, onlardan 6-sı Hindistan vətəndaşıdır.
Daha əvvəl xəbər verilmişdi ki, "Mombasa" və "Al Bahiyah" adlı iki tanker Hörmüz boğazının cənubunda, Oman sularında İranın qanadlı raketlərinin hücumuna məruz qalıb.