İmmun sistemi zəif olan insanlara XƏBƏRDARLIQ! - “Ölümcül rotavirus…” - Həkim DANIŞDI

İmmun sistemi zəif olan insanlara XƏBƏRDARLIQ! - “Ölümcül rotavirus…” - Həkim DANIŞDI
25.07.2024 16:30
Aa
dəq

Rotavirus barədə hazırladığımız yazıdan sonra, maarifləndirmə məqsədi daşıyan yeni bir yazı yazmaq qərarına gəldik. Hərkəsi qorxuya salan bu virus əslində hər mövsüm keçidi müşahidə olunan bir xəstəlikdir.

Bəs bu virusun düzgün müalicəsi necə aparılmalıdır?

Mövu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan Respublika Kliniki Xəstəxanasının həkim-infeksionisti Tofiq Hacıyevin sözlərinə görə, bəzi infeksion xəstəliklərin rastgəlmə hallarında mövsümdən asılı olaraq artım müşahidə olunur və rotavirus infeksiyası onlardan biridir. 

“Yay mövsümündə bu xəstəlik hallarında artım müşahidə olunur. Artım isə daha çox uşaqlar arasında müşahidə olunur. Artımın səbəbi gigiyena qaydalarına əməl edilməməsi, su və qida mənbələrinin çirklənməsi, sosial təmasların artması, immunitetin zəifləməsidir. Bundan əlavə yayda insanlar daha çox bir araya gəlir, səyahət edir, ictimai yerlərdə daha çox vaxt keçirirlər. Belə olduqda isə 5 yaşa qədər uşaqlar rotavirus infeksiyasına daha çox məruz qalır. İmmuniteti zəif olan böyüklər, xroniki xəstəliyi olanlarda risk altındadır”.

Həkim virusun yayılma yollarından və simptomlarından da danışdı:

“Yayılması fekal-oral yolladır. Virus ətraf mühit amillərinə olduqca davamlıdır və həftələrcə, aylarca ətraf mühitdə törədici olaraq qala bilirlər. Rotavirusun inkubasiya müddəti 48 saatdan azdır. Yəni xəstə ilə təmasda olan şəxslərdə ilk simptomlar 2 gün ərzində özünü biruzə verir. Xəstəliyin ilk simptomu ani qusmadır. Daha sonra ishal və yüksək temperatur qoşulur. Kəskin qarın ağrısı, spazmaşəkilli sancılar, ümumi halsızlıq, baş ağrısı görülən siptomlardandır. Simtomplar əsasən 3-7 gün davam edir”.

Rotavirus: symptoms, causes, treatment, medicine, prevention, diagnosis

Doktor deyir ki, immun sistemi zəif insanlarda şiddətli, uzunmüddətli bəzən ölümcül rotavirus ishalı da görülə bilir. Müayinə zamanı bağırsaqda hiperaktiv səslər müəyyən edilir. Diurezin (sidik ifrazı) azalması, çəki itkisi görülür. Diaqnoz isə klinik əlamətlər və anamnez əsasında qoyulur. Bəzi spesifik laboratoriya testləri olsada tez bir zamanda nəticələnmədiyi üçün klinik praktikada istifadə olunmur.

“Xəstəliyin hər hansı spesifik müalicəsi mövcud deyil. Oral (ağızdan) və ya parenteral (damar yolu ilə) maye və elektrolit verilməsi dehidratasiyanın (susuzlaşmanın) qarşısını alır. Həmçinin pəhriz təyin olunur. Yüngül qidalar, banan, qaynadılmış düyü, qaynadılmış kartof məsləhət görülür. Uşaq bezi istifadə eləyən və tualet tərbiyəsi tam formalaşmamış uşaqlara standart gigiyenik tədbirlərdən başqa təmas izolyasiyası göstərişdir. Bu xəstəlikdən qorunmaq üçün effektivliyi sübut olunmuş 2 peyvənddən biri ilə peyvəndlənmə məsləhət görülür. Bu peyvənlər müvafiq olaraq "RotaTeq"- 2-4-6 aylarda, "Rotarix" 2-4 aylarda oral yolla verilir” - deyə, T.Hacıyev bildirdi.

Belə… Təkcə xəstəliklərlə mübarizə apardığımız mövsum keçidlərində yox, hər gün özümüzü və övladlarımızı qoruyaq!

Sağlam qalın!

Mədinə Useynova

Həftənin ən çox oxunanları

Strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan-İtaliya əlaqələri

Strateji tərəfdaşlıq xarakteri daşıyan Azərbaycan-İtaliya əlaqələri
DAVAMIN OXU davamın oxu

Ambulansların gecikməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA: “Məqsəd…”

Ambulansların gecikməsi ilə bağlı TƏBİB-dən AÇIQLAMA: “Məqsəd…”
DAVAMIN OXU davamın oxu

Bakıdan rayonlara məsafə nə qədərdir? - SİYAHI

Bakıdan rayonlara məsafə nə qədərdir? - SİYAHI
DAVAMIN OXU davamın oxu

Süni intellekt nədir? Texnologiyanın gələcəyi və onun istifadə sahələri

Süni intellekt nədir? Texnologiyanın gələcəyi və onun istifadə sahələri
DAVAMIN OXU davamın oxu

Masonlar kimdir? - Dünyanın ən sirli təşkilatı, yoxsa istedadlı divar ustaları? - ARAŞDIRMA

Masonlar kimdir? - Dünyanın ən sirli təşkilatı, yoxsa istedadlı divar ustaları? - ARAŞDIRMA
DAVAMIN OXU davamın oxu