Operativ Məlumat Mərkəzi

"Yağış, şimşək, dolu..." - Hava ilə bağlı XƏBƏRDARLIQ!

1 dəq
Paylaş:
"Yağış, şimşək, dolu..." - Hava ilə bağlı XƏBƏRDARLIQ!
Sentyabrın 5-7-si dağlıq ərazilərdə leysan, şimşək və dolu gözlənilir. Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığı.

Sentyabrın 5-i gündüz bəzi dağlıq ərazilərdə, 6-7-də isə əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər