Futbol üzrə milli komandamız bu gün UEFA Millətlər Liqasında mübarizəyə başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv Bakıda İsveç seçməsini qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:00-da start verilib. Qarşılaşma qonaqların qələbəsi ilə nəticələnib - 3:1.
UEFA Millətlər Liqası
C Liqası, I qrup, I tur
5 sentyabr
20:00 Azərbaycan – İsveç 1:3
Qollar: Renat Dadaşov, 83 - Aleksandr İsak, 65, 71, Viktor Qyökeres, 80-pen.
Qolla nəticələnməyən penalti: Ramil Şeydayev, 45+7
Azərbaycan: Mehdi Cənnətov, Elvin Cəfərquliyev, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Abbas Hüseynov, Aleksey İsayev, Coşqun Diniyev, Toral Bayramov, Emin Mahmudov, Renat Dadaşov, Ramil Şeydayev.
İsveç: Viktor Yohansson, Lüdviq Auqustinsson, İsak Hien, Aleks Duqlas, Linus Valqvist, Yasin Ayari, Mattias Svanberg, Antoni Elanqa, Aleksander İsak, Deyan Kuluşevski, Viktor Qyökeres.
Baş hakim: Balaş Berke (Macarıstan)